CHP və İYİ Partiyası HDP-nin YEDƏYİNDƏ GETDİYİNİ TƏSDİQLƏYİR

CHP və İYİ Partiyası HDP-nin YEDƏYİNDƏ GETDİYİNİ TƏSDİQLƏYİR 

Seçkilərdə dindar kəsimin səsini qazanmaq üçün hicabla bağlı dəstək bəyanatları verən üçlük iş ciddiləşincə mövqeyini dəyişdi.

AKP-nin (Ədalət və İnkişaf Partiyası) hicaba konstitusiya təminatları gətirən təklifi ilə bağlı müzakirə tələbini öncə HDP (terror təşkilatı PKK-nın siyasi qanadı olan Xalqların Demokratik Partiyası), ardınca isə CHP (Cümhuriyyət Xalq Partiyası) və İYİ Partiya rədd edib.

Hurriyyet.az xəbər verir ki, hicab məsələsi ilə bağlı hazırlanan konstitusiya dəyişikliyi təklifinə HDP, İYİ Parti və CHP ortaq mövqe nümayiş etdirib. Belə ki, HDP-dən sonra İYİ Partiya və CHP AKP-nin görüş tələbini qəbul etməyib. Halbuki, buna qədər HDP, İP və CHP hicabla bağlı dəstək bəyanatları verir, bu yolla seçkilərdə dindar kəsimin səsini qazanmağa çalışırdılar. Lakin iş ciddiləşincə mövqelərini dəyişdilər və ortaq mövqe sərgilədilər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi