“Çimərliklərdə yoluxma riski daha yüksəkdir” - Türkiyəli professor

“Çimərliklərdə yoluxma riski daha yüksəkdir” - Türkiyəli professor 

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayındakı sıçrayışlı artım sözün əsl mənasında həyəcan təbilidir. Nəticələr göstərir ki, bu artım davam edəcək. Yoluxmanın əsas mənbələrindən biri də çimərliklərdir.

Bu fikirləri AzərTAC-a açıqlamasında türkiyəli professor, tibb elmləri doktoru, tanınmış ictimai xadim İbrahim Öztək ifadə edib.

Çimərliklərdə sosial məsafənin qorunması və maska taxmağın mümkünsüz olduğunu diqqətə çatdıran professor deyib: “Zənnimcə Ümumdünya Səhiyyə Təşkilatı ən qısa zamanda çimərliklər üçün xüsusi bir tövsiyə hazırlamalıdır. Maska ilə suya girmək mümkünsüzdür. İnsanlar heç bir halda belə etmirlər. Digər tərəfdən çimərlik sahilləri daim küləklidir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi