Çin və ABŞ razılığa gələ bilmədi!

Çin və ABŞ razılığa gələ bilmədi! – Ticarət danışıqlarında

Çin Xalq Respublikası (ÇXR) və Amerika Birləşmiş Ştatlarının (ABŞ) nümayəndələri ticarət danışıqlarında proqresə nail ola bilməyiblər.

 Danışıqlar nümayəndə heyətlərinin rəhbərlərinin müavinləri səviyyəsində gedib və iki gün davam edib.

ÇXR Dövlət Şurası sədrinin məüavini Lyu Xe və onun komandasının Vaşinqtonu cümə axşamı tərk edəcəyi göslənilir. Məlumatlı mənbəyə istinadla, bu barədə «South China Morning Post» nəşri yazıb.

Lap əvvəldən ehtimal olunurdu ki, danışıqlar cümə gününə qədər davam edəcək və orada yüksək səviyyədə növbəti dialoq hazırlanacaq.

Qəzetin mənbəyinin məlumatına görə, Çin tərəfi texnologiyaların məcburi ötürülməsi məsələsinin müzakirəsindən imtina edib. Həm də danışıqlarda dövlət subsidiyaları məsələsinə toxunulmayıb. ABŞ tərəfı hesab edir ki, bu məsələ Çin şirkətlərinə «ədalətsiz üstünlük» verir.

Növbəti danışıqlar oktyabrın 15-də başlanmalı idi. Hazırda məlum deyil ki, yüksək səviyyədə danışıqların gözlənilən tarixdə baş tatacağı məlum deyil./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər