Çində koronavirusdan ölənlərin sayı 414 nəfərə çatıb-

Çində koronavirusdan ölənlərin sayı 414 nəfərə çatıb- Yoluxanların sayı 13 mini keçib

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 414 nəfərə, bu xəstəliyə yoluxanların sayı isə 13 522-yə çatıb.

APA.az RİA Novosti-yə istinadən xəbər verir ki, fevralın 3-də yerli hökumət bu virusdan 64 nəfərin öldüyünü, 2345 nəfərin isə yoluxduğunu açıqlayıb.

Xəstəliyin meydana gəldiyi Uhan şəhərində 1242 yeni yoluxma hadisəsi qeydə alınıb.

Fevralın 4-ü, saat 00:00-a olan məlumata görə,  396 Hubey sakininin koronavirusdan sağaldığı bildirilib.




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi