Con Bolton: "Trampın diktator olmaq üçün beyni yoxdur".

Con Bolton: "Trampın diktator olmaq üçün beyni yoxdur". 

"ABŞ-ın keçmiş prezidenti Donald Trampın diktator olmaq üçün kifayət qədər beyni yoxdur".

 "The Hill" qəzetinə istinadən xəbər verir ki, bunu Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib.

"Onun ağlı yoxdur! Allah xatirinə, o, mülk sahibidir!", deyə Bolton Trampın diktatorluq meyllərinə toxunaraq qeyd edib.

Nəşrin yazdığına görə, Tramp ABŞ-ın düşmən hesab etdiyi ölkələrin bir sıra xarici liderlərini "tərifləyib". Məsələn, keçmiş prezident Şimali Koreya lideri Kim Çen Indan "gözəl məktublar" aldığını bildirib və Çin prezidenti Si Szinpini "çox yaxşı insan" adlandırıb.

Qeyd edək ki, bundan əvvəl Tramp yenidən prezident seçiləcəyi tədqirdə birinci gün istisna olmaqla, diktator olmayacağını bildirib./Qaynarinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi