Cümşüd Nuriyev Odlar Yurdu Universitetindəki fəaliyyətinə nədən son qoyduğuna aydınlıq gətirib

Cümşüd Nuriyev Odlar Yurdu Universitetindəki fəaliyyətinə nədən son qoyduğuna aydınlıq gətirib - QALMAQAL

"Əziz tələbələr! Sizlərin çoxsaylı zənglərinizi nəzərə alıb universitüti tərk etməyimin səbəblərini ilkin variantda nəzərinizə çatdırıram və dəstətinizə görə minnətdarlığımı bildirirəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş deputat, elm adamı Cümşüd Nuriyev yazaraq Odlar Yurdu Universitetindəki fəaliyyətinə nədən son qoyduğuna aydınlıq gətirib.
Keçmiş kafedra müdiri müraciətində belə davam edir: "Birincisi, müraciətim “ailə-marketin” baş meneceri olan deputatın xoşuna gəlməyib. Çoxdan gözləyirmiş, çünki kafedra müdiri kimi mənlə danışmadan bir gün sonra dərsləri bölüşdürməyə göstəriş verib, Kafedranın ştatında olan yeganə elmlər doktoru idim. “İki doktor bir kafedrada olmaz” prinsipi işə düşmüşdür.
İkincisi, etirazımın səbəbi elmi dərəci olanların deyil olmayanların maaşının artırılmasına verilən qəraridi. Alimlərin təhsil ocağından belə şeytani yolla üzaqlaşdırılmasına kimsə etiraz etməli idi. Çünku bu qərar ölkənin təhsil siyasətinə və işləyənlərin sosial vəziyyətinin yaxşılaşdırılması barədə Möhtərəm Prezidentin siyasətinə qarşı atılan bir addım dır.
Üçüncüsü barədə sonra yazacam. Xahiş edirəm özünüzü qoruyun. Ədalət gələcək, çünki ALLAH yaşayır.

Hörmətlə ömrünün 28 ilini təhsilə həsr etmiş, sabiq millət vəkili, müharibə veteranı..."

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
⇪