Daha 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib - 31 nəfəri qazi və şəhid ailəsi üzvüdür

Daha 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib - 31 nəfəri qazi və şəhid ailəsi üzvüdür 

“Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə 325 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan vətəndaşlığına qəbul edilib.

Bu barədə Report.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu şəxslərdən 31 nəfəri Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, o cümlədən şəhid olmuş hərbi qulluqçuların ailə üzvləridir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər