Daha bir həkim koronavirusdan öldü

Daha bir həkim koronavirusdan öldü 

Koronavirus daha bir həkimin həyatına son qoyub.

Hit.az xəbər verir ki, Suraxanı rayonunda yerləşən 23 saylı polikinikanın terapevti Mətanət Atayeva koronavirusdan vəfat edib.

Vəziyyəti ağır olan həkim keçən ayın sonu Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilmişdi. Onun 3-cü qrup qana ehtiyacı olduğu haqqında həmkarları sosial şəbəkələr vasitəsilə çağırış etmişdilər.

Həkimlərin səylərinə baxmayaraq, Mətanət Atayevanın həyatını xilas etmək mümkün olmayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi