Davudoğlu Ərdoğanın siyasətini dəstəklədi

Davudoğlu Ərdoğanın siyasətini dəstəklədi -"Türkiyə Aralıq dənizinin ən uzun sahilinə malikdir"

Liviya ilə əldə edilən razılaşma doğrudur.

Türkiyə Aralıq dənizinin ən uzun sahilinə malikdir. Bu razılaşma bir dəhliz olaraq Türkiyənin bölgədə qurduğu əlaqələr kontekstində son dərəcə əhəmiyyətlidir və doğru bir addımdır.

Bu sözləri Gələcək Partiyasının başqanı Əhməd Davudoğlu bildirib.

Sözügedən razılaşma ilə bağlı hökumətə dəstək verən Davudoğlu Liviyaya hərbi müdaxilə ilə bağlı diqqətli davranmağın lazım olduğunu söyləyib:

"Var olan hökumət qətiyyətlə dəstəklənməli, hərbi addımlar son dərəcə diqqətli atılmalıdır".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi