“Deməli, qeyri-adi nəsə baş verib” - Tramp Navalnıdan danışdı

“Deməli, qeyri-adi nəsə baş verib” - Tramp Navalnıdan danışdı 

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Vladimir Putinin ötən ay həbsxanada dünyasını dəyişən rusiyalı müxalifətçi Aleksey Navalnının ölümündə əli olduğunu “ehtimal etdiyini” deyib.

 Tramp “Fox News”-a müsahibəsində Navalnının ölümündə Putinin günahkar olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib: “O (Navalnı – red.), cavandır. Ona görə də statistikaya görə, uzun müddət yaşamalı idi... bu, qeyri-adi bir şeyin baş verdiyini göstərir”.

Bununla yanaşı, Tramp Navalnının ölümündə Putini birbaşa günahlandırmaqdan yayınıb.

Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi