Deputat Elnur Allahverdiyev:

Deputat Elnur Allahverdiyev: – “Təcrübəyə malik kadrlar səbəbsiz yerdən işdən çıxarılır”

“Bəzi dövlət orqanlarında yeni rəhbərin gəlişi ilə əvvəlki kollektiv səbəbsiz işdən çıxarılır”.

Faktinfo.az xəbər verir ki,bu barədə deputat Elnur Allahverdiyev Milli Məclisdəki çıxışında deyib.

Söhbət 50, 55, 58 və s. yaşdan gedir. Bu yaşda olan, müəyyən təcrübəyə malik kadrlar işdən çıxarılır, mövcud durumu, pandemiya səbəbindən iqtisadiyyatımızın qarşılaşdığı problemləri nəzərə alsaq, faktiki olaraq işsiz qalırlar. Pensiya vaxtına isə hələ bir neçə il var.

Bu şəxslər ailə başçısıdırlar, yaşlarının ən məsuliyyətli anını yaşayırlar, övladları təhsil alır, qızları, oğulları ailə həyatı qurmalıdırlar. Və belə bir anda dəstəyinə ehtiyac duyulan valideyin işsiz qalır. Fikrimcə, həmkarlarım mənimlə razılaşar ki, bu, kifayət qədər ciddi məsələdir və diqqətimizdən kənarda qalmamalıdır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi