Deputat Könül Nurullayeva qazilər ilə görüşdü-

Deputat Könül Nurullayeva qazilər ilə görüşdü- - FOTO

Milli Məclisin deputatı Könül Nurullayeva təmsil etdiyi Nizami rayonundan olan İkinci Qarabağ müharibəsi qaziləri ilə görüş keçirib.

Görüşdə çıxış edən K.Nurullayeva 30 ildir düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad olunmasında qazilərimizin müstəsna xidmətləri olduğunu, məhz buna görə bütün Azərbaycan xalqının qazilərimizə hər zaman minnətdar olduğunu ifadə edib. 

Faktinfo.az xəbər verir ki,qazilərə dəstək göstərilməsi mövzusunda xalqımızın milli həmrəylik nümayiş etdirdiyini söyləyən deputat Könül Nurullayeva, həmçinin məişət problemlərini səsləndirən qaziləri dinləyib, müraciətlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib. Bildirib ki, cənab Prezident İlham Əliyev başda olmaqla bütün dövlət orqanları tərəfindən qazilərə, o cümlədən şəhid ailə üzvlərinə və müharibə veteranlarına daim qayğı göstərilir, onları narahat edən məsələlərin həll edilməsi üçün lazımi addımlar atılır.
Qeyd edək ki, yığıncaqda iştirak edən qazilər sırasında mayor Eyyubov Taleh Vaqif oğlu, mayor Zəkiyev Nazim Baba oğlu, baş leytenant Quliyev Fazil Şamil oğlu, baş leytenant Əsgərov Nəsimi Polad oğlu, baş leytenant Məmmədzadə Turan Mayıl oğlu, gizir Qurbanov Tural Ələddin oğlu, gizir Həsənov İsa Rüfət oğlu, gizir Cavadov Ervin Tərxan oğlu, gizir İsgəndərov Daşqın Akif oğlu, kiçik gizir Rəsulov Elvin İttifaq oğlu, baş çavuş Baxışov Məmmədəli Rəşad oğlu, Baxışov Baxış Rəşad oğlu, Məhərrəmov Əziz Cavanşir oğlu, Həsənov Əhəd Təyar oğlu, Quzlayev Denis Sergeyoviç, Əliyev Anar Hidayət oğlu, Kərimli Teymur Musa oğlu, Bəxtiyarlı Elvin Faiq oğlu, Eminov Emin Musa oğlu, Abdullayev İlkin Mübariz oğlu, Səfərli Tural Xaləddin oğlu, Quluzadə Xosrov İlham oğlu, Elyasov Cəfər Şahin oğlu, Orucov Anar Hüseynağa oğlu, Zeynalov Kənan Fərhad oğlu, Nuriyev Nurlan Gülağa oğlu və Hüseynli Turan Azər oğlu yer almışdır.

Deputat Könül Nurullayeva qazilər ilə görüşdü-Deputat Könül Nurullayeva qazilər ilə görüşdü-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi