Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir

Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir - FOTOLAR

24 saylı Nizami birinci seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayon sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

Görüşdə millət vəkili K.Nurullayeva vətəndaşları fərdi formada dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb.

Deputat qərargahından Faktinfo.az saytına verilən məlumata əsasən, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında işlə təmin olunma, xəstəliyi olan vətəndaşın müalicəsi ilə əlaqədar yardım göstərilməsi, şəhid ailəsinin dövlət hesabına mənzillə təmin olunması və s. bu kimi problemlər başlıca yer almışdır. 

Qəbulun sonunda Milli Məclisin deputatı Könül Nurullayeva görüş iştirakçılarına bildirib ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaqdır.

Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirirDeputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirirDeputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirirDeputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirirDeputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirirDeputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirirDeputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirirDeputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirirDeputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirirDeputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi