Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib - FOTOLAR
Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.
Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.Qeyd edilir ki, vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında ailə-məişət problemindən əziyyət çəkən vətəndaşa dəstəyin göstərilməsi, işlə təmin olunma, xəstəlikdən əziyyət çəkən vətəndaşın müalicəsi və s. bu kimi müxtəlif yönümlü məsələlər başlıca yer alıb.
Faktinfo.az saytına millət vəkilinin qərargahından verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın