Deputat Könül Nurullayevanın ünvanına 3 ay ərzində 863 müraciət daxil olub

Deputat Könül Nurullayevanın ünvanına 3 ay ərzində 863 müraciət daxil olub -Hesabat

VI çağırış Milli Məclisin fəaliyyətə başlamasından keçən 3 ay ərzində vətəndaşlar tərəfindən ünvanıma ümumilikdə 863 müraciət daxil olmuşdur. Onlardan 469-u (54.3%) birbaşa Qərargaha, 172-i telefon (19.9 %), 181-i (21%) sosial şəbəkələr vasitəsilə, 41-i (4.75%) isə yazılı ərizə formasında ünvanlanıb.

Daxil olmuş müraciətlərin mövzular üzrə təhlili göstərir ki, vətəndaşların əsas problemi işsizlik, maddi yardım, torpaq sahəsinin ayrılmasına köməklik, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müalicə ilə bağlı dəstək, təqaüdə çıxmağa köməklik, işlədikləri müəssisələrin rəhbərlərinin fəaliyyətindən şikayətlər və s. məsələlərlə bağlıdır.

Yazılı formada daxil olmuş 41 ərizə baxılaraq, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə dövlət qurumlarına göndərilmişdir. Müraciətlərin 5-i Mərkəzi İcra Hakimiyyəti orqanlarına, 9-u Yerli İcra hakimiyyəti orqanlarına, 2-i Azərsu ASC və Azərişıq ASC-yə, 4-ü digər qurumlara göndərilmiş, 5 müraciət üzrə vətəndaşlara əsaslandırılmış cavablar verilmişdir, 16 müraciət isə icra mərhələsindədir.

Eyni zamanda Nizami rayonu Q.Qarayev 2A ünvanında yerləşən Deputat Qərargahına vətəndaşlar tərəfindən birbaşa, telefon və sosial şəbəkələr vasitəsilə 822 sayda müraciət daxil olmuşdur.

Müraciətlər təkcə Nizami rayonu ilə məhdudlaşmamış, o cümlədən Respublikamızın müxtəlif bölgələrindən və rayonlarından da daxil olmuşdur.

Tibbi müayinə və müalicələrə köməklik göstərilməsi ilə əlaqədar müraciətlərə baxılmış,onların əksəriyyətinə köməklik göstərilmiş, eyni zamanda “Modern Hospital” klinikası ilə birgə layihə həyata keçirilərək, pandemiya dövründə yataq xəstəsi və yaşı 65-dən yuxarı müayinəyə ehtiyacı olan insanlarımızdan 25 nəfərinin evdə müayinəsi təmin olunmuşdur.

Ötən dövr ərzində sosial qayğıya ehtiyacı olan insanlar tərəfindən edilmiş müraciətlərə diqqətlə yanaşılmış, səlahiyyətlərimiz daxilində onların problemlərinin həllinə nail olunmuş, ərazidə yaşayan aztəminatlı ailələr xüsusi diqqətdə saxlanılmışdır.

Maddi yardım xahişləri ilə bağlı edilən 436 müraciət üzrə araşdırma aparılmış və son dərəcə ehtiyacı olan, pandemiya dövründə işini itirmiş, yaşı 65-dən yuxarı və tənha yaşayan, bir neçə xroniki xəstəliklərdən əziyyət çəkməklə koronavirusa yoluxma riski yüksək olan kimsəsizlərə və aztəminatlı ailələrə ötən dövr ərzində dəfələrlə ərzaq yardımı göstərilmiş, 98 nəfərə isə birdəfəlik maddi yardım edilmişdir.

Bundan başqa Nizami rayonunda fəaliyyət göstərən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Nizami rayon filialının üzvlərinə, Çernobıl Cəmiyyəti üzvlərinə, Nizami Rayon Ağsaqqallar Şurasının, Nizami rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının üzvlərinə Novruz və Ramazan bayramlarında, Azərbaycan Rus İcması Nizami rayon təşkilatının üzvlərinə “Pasxa” bayramında ərzaq yardımı göstərilmişdir.

Ümumilikdə hesabat verdiyimiz 3 ay ərzində 24 saylı Nizami birinci seçki dairəsinin ərazisində 2740 nəfər olmaqla ehtiyacı olan aztəminatlı ailələrə və cəmiyyət üzvlərinə ərzaq yardımı göstərilmiş, fərdi müraciətlər əsasında isə 98 nəfərə birdəfəlik maddi yardım göstərilmişdir

Bəzi müraciətlərin təmin edilməməsinin əsas səbəbi xahişlərin qeyri-real olmasıdır. Bunlara Bakı şəhərində mənzil alınmasına yardım, fərdi yaşayış evinin və obyekt tikintisi üçün torpaq sahəsinin ayrılması, ev tikilməsi, xarici ölkələrdə müalicə və s. kimi müraciətləri aid etmək olar.

Xüsusi karantin rejiminin yumşaldılmasından sonra aprel ayının əvvələrindən başlayaraq vətəndaşların qəbulu onlayn şəkildə və Deputat Qərarghaında həyata keçirilmişdır.

Hesabat dövrü ərzində görüşlərin 2-si canlı olmaqla ümumilikdə 8 qəbul təşkil edilmiş və 108 vətəndaşımızın problemləri dinlənilmişdir.

Vətəndaşların müraciətlərinə baxılarkən “Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əməl olunmuş, daxil olmuş müraciətlərə mahiyyəti üzrə qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə baxılmış, müraciətlərin aidiyyəti üzrə müvafiq strukturlara göndərilməsi, əsassız tələblərlə əlaqədar vətəndaşlara izahlar verilməsi təmin edilmişdir.

Hesabat dövründə bir neçə sosial layihəmiz olmuşdur.

•“Bir donor, iki həyat” qanvermə aksiyası,

•“Modern Hospital” klinikası ilə birgə layihə çərçivəsində evdə müayinə,

•“Yaradıcılığı evdə öyrən” Mədəniyyət Nazirliyi ilə birgə layihə,

•“Ehtiyacı olanlara öz payından pay ver” sosial aksiyası həyata keçirilmişdir.

•“Gənclər üçün yay təcrübə məktəbi” layihəsinə isə 08 iyun 2020-ci il tarixdən start verilmişdi

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi