Deputat Qırmızı Xaç Komitəsinə “dağ” çəkdi

Deputat Qırmızı Xaç Komitəsinə “dağ” çəkdi 

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) fəaliyyəti nə beynəlxalq hüquqa, nə də komitənin özünün nizamnaməsinə uyğundur”.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin növbədənkənar sessiyasının iyulun 14-də keçirilən iclasında deyib.

Deputat bildirib ki, 150 ildən çox yaşı olan həmin təşkilat münaqişə qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsini qarşısına məqsəd qoymasına baxmayaraq Azərbaycana gələnlər münaqişə qurbanlarını kənara qoyub, münaqişə törədənlərlə əlbir olub qaçaqmalçılıqla məşğul olur.

“Təşkilat unudur ki, Azərbaycanın suveren ərazisində fəaliyyət göstərir. Hələ də ərazimizə irəvanlılar gəlib-gedirlər. Rəsmi Bakı dəfələrlə təşkilata fəaliyyətini ölkəmizlə koordinasiya şəkildə olmasını deyib. Onlara Xankəndi və digər yerlərə Bakıdan gəlib-getmələri bildirilib. Təəssüf ki, hələ də bu təşkilat həmin təklifləri qulaqardına vurur. Ümid edirik ki, qanunazid hərəkət edənlərə qarşı ölçü götürüləcək. Unutmasınlar ki, qanunu pozanlar cəzalarını mütləq alacaqlar”, - deyə V.İskəndərov əlavə edib.

Bildirək ki, Ermənistan Respublikası ilə dövlət sərhədində yerləşən “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. 

Bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazid əməllər təkrarlanıb və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb.

Faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb.

Bütün qaçaqmalçılıq faktları yerində əməliyyat çəkilişləri ilə sənədləşdirilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi