Deputat Ramiz Mehdiyevi istefaya çağırdı

Deputat Ramiz Mehdiyevi istefaya çağırdı 

“Ramiz Mehdiyev pandemiya dövründə ölkənin karantin rejimi qaydalarını kobud surətdə pozduğuna görə AMEA-nin prezidenti vəzifəsindən dərhal istefa verməlidir”.

Belə bir çağırışla Milli Məclisin üzvü, tanınmış təhsil eksperti Etibar Əliyev çıxış edib.

Deputatın fikrincə, R.Mehdiyevin karantin günlərində qadağaya məhəl qoymayaraq, nəvəsinə toy etməsi qanunlara hörmətsizlikdir. 

“Bu hərəkət bütün AMEA əməkdaşları və digər vətəndaşlar üçün çox pis örnəkdir. Həmçinin Dövlətin qanunlarına birbaşa sayğısızlıqdır”, - deputat qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi