Deputat:“Dünyada bayramlar zamanı qiymətlər düşür, bizdə isə əksinədir”

Deputat:“Dünyada bayramlar zamanı qiymətlər düşür, bizdə isə əksinədir” 

“Mən çox istəyərdim ki, Azərbaycan əhalisinin bütün təbəqələri bayram süfrəsi aça bilsin”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, bütün dünyada bayramlar zamanı qiymətlər düşür: “Bizdə isə əksinədir. Dünyada qiymətləri aşağı salanlar itirmirlər, əksinə qazanırlar. Ona görə də Azərbaycanda da buna son qoymaq lazımdır. Dünya təcrübəsini artıq biz də tətbiq etməliyik. İqtisadi azadlıqları genişləndirməklə ölkədə məhsul bolluğu yaratmalıyıq. Ən əsası monopoliyaya son qoyulmalı, bəzi işbazların fəaliyyətinin qarşısı alınmalıdır. Novruz bayramı ərəfəsində qiymətlərin yenidən artırılmasının qarşısı alınmalıdır”/APA.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi