Deputatlarımızın rüsvayçı açıqlaması: Rasim Musabəyov Paşinyanı sevindirdi

Deputatlarımızın rüsvayçı açıqlaması: Rasim Musabəyov Paşinyanı sevindirdi - Video

İTV-nin “Azərbaycanın dörd eksklav kəndi mübadilə edilə bilər?” materialında şərh verən tarixçi, alim, deputat Anar İsgəndərov Başkəndin Qazax ərazisində olduğunu bildirir (tarixçinin tarixdən məlumatlılıq dərəcəsi), digər deputat Rasim Musabəyov isə Başkəndin heç bir "strateji əhəmiyyəti" olmadığını deyir və gələcəkdə "mübadilə üçün" öz aləmində "əsas yaratmağa" cəhd edir.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Əziz Əlibəyli sosial şəbəkə hesabında yazıb.

O, deputatlara ciddi iradlarını bildirib:

"Musabəyov bilməli idi ki, Başkəndin erməni işğalında qalması Şınıx zonasının 28 kəndi ilə yanaşı, bütöv Gədəbəy, Şəmkir (dolayısı ilə Gəncəyə qədər) Tovuz ərazisinin təhlükə altına düşməsi deməkdir.

Bu şəxslərin səthi məlumatlılıq səviyyəsi ölkə rəhbərliyinin sözügedən istiqamətdə apardığı siyasətə nə dərəcədə adekvatdır və onun, komandasının baxışlarına zərbə vuraraq, niyə Ermənistan baş nazirinin istinad əlini gücləndirməyə xidmət etməlidir?"/Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi