“Deputatların bəziləri özlərini idarə edə bilmirlər” - Partiya sədri

“Deputatların bəziləri özlərini idarə edə bilmirlər” - Partiya sədri 

"Parlament buraxılmayınca Azərbaycanda qeyri-sabitlik davam edəcək və gələcəkdə bunun fəsadları çox ciddi olacaq. Onların Azərbaycanın reallıqlarından xəbərləri də yoxdur".

Bunu Pravda.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri deputatların fəaliyyətini mənfi qiymətləndirdiyini bildirib: "Nəzərə alaq ki, deputatlar xalq tərəfindən seçilməyib, onlar təyin edilmiş şəxslərdir. Bəziləri ölkədəki sabitliyi pozmaq niyyətindədirlər. Günah deputatlarda yox, onları parlamentə gətirənlərdədir. Əgər həmin şəxsləri xalq seçmiş olsaydı, xalqın qayğısına qalardılar".

Etibar Əliyevin ötən gün "facebook" sosial səbəkəsində müzakirələrə səbəb olan statusu ilə bağlı isə Hafiz Hacıyev "vicdansız onun özüdür" deyə münasibət bildirib.

H.Hacıyev əlavə edib ki, Etibar Əliyev, ümumiyyətlə, Azərbaycan ictimai rəyinə, Azərbaycan xalqının gələcəyinə təsir edə biləcək adam deyil: "Özlərinə ixtiyarları çatmayan, özlərini idarə edə bilməyən insanlardır".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi