Deputatlığa namizəd Kamil Seyidov kəndlərdə görüşlər keçirir

Deputatlığa namizəd Kamil Seyidov kəndlərdə görüşlər keçirir 

Son iki gün ərzində 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov 10, 11, 12 saylı məntəqələri əhatə edən rayonun Əhmədbəyli, Dədə Qorqud və Heydərabad kəndlərində əhali ilə görüşlər keçirib.

Faktinfo.az xəbər verir ki, hər yerdə böyük coşqu ilə keçən görüşlərdə əhali öz problemlərindən danışıb və namizədə onları maraqlandıran suallarla müraciət edib.

Kamil Seyidov seçiciləri qarşısında öz platformasını geniş formada izah edərək seçiləcəyi halda saatlıların problemlərinin həlli üçün əlindən gələni edəcəyini və ləyaqətli bir millət vəkili olacağına söz verib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi