
Dərbənd filialının 2023/2024-cü il məzunlarına diplom verilməməsinə nazir münasibət bildirib - VİDEO
"Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının 2023/2024-cü il məzunlarına diplom verilməməsinə niyə aydınlıq gətirilmir.
Bu barədə jurnalistlər Təhsil naziri Emin Əmrullayevə niyə sual ünvanlamırlar.Nə vaxta kimi Dərbənd filialının 2023/2024-cü il məzunlarına diplom verilməyəcək,bu mövzuya toxunmaq lazımdır"- bu fikirlər Faktinfo.az saytına göndərilən məlumatdandır.
Qeyd edək ki,şikayətçi valideyinin narahatlığı başa düşüləndi,hər kəsin məlumatlı olduğu mövcud problemlə bağlı təkirarçılıqla yazmağın,danışmağın da bir önəmi yoxdur.Çünkü bu barədə nazirə sual verilib,cavab da alınıb.Həmçinin ölkədə fəaliyyət göstərən saytlar Dərbənd filialının 2023/2024-cü il məzunlarına diplom verilməməsinə həssaslıqla yanaşıblar,xəbər veriblər.
Təhsil naziri Emin Əmrullayevin açıqlamasına diqqət yetirənlər isə bilirlər ki,diplomlar nə səbəbdən verilmir,nazir bu suala cavabında nələrə ehyam vurub.Yəni gizlətməli bir şey yoxdur,nazir Emin Əmrullayev adını saxta yollarla ora-bura yazdıranlara diplom vermək istəmir,vəssalam,şüttamam!
Eləcə də aldananlar,aldadılanlar diplom üçün ünvanı səhv salmasınlar.Diplomların verilməməsini nazir və rektor arasında ədavətin olması ilə əlaqələndirmək isə bütün mənalarda yersizdi.
Qaldı,Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının 2023/2024-cü il məzunlarına diplom verilməməsi ilə bağlı nazirin zamanla cavablandırdığı suala o, 6.02.2025-ci il tarixində keçirilən brifinqdə "Xəzər TV"-nin əməkdaşı xanım Şəbnəm Qurbansoya əsaslandırıb.Bununla bağlı aşağıdakı videonun 1:05:50 hissəsində (bir saat,beş dəqiqə,əlli saniyə) tanış olmaq olar.Məzunlara diplomların hansı səbəbdən verilmədiyi nazirin cavabında əksini tapıb.
Daha ətraflı aşağıdakı videoda:
Faktinfo.az
Bu xəbər üçün şərh yazın