DGK-də diplomlarla bağlı araşdırma başladı, işdən çıxarılanlar var

DGK-də diplomlarla bağlı araşdırma başladı, işdən çıxarılanlar var - KİV

Dövlət Gömrük Komitəsində (DGK) diplomlarla bağlı araşdırma aparıldığı iddia olunub.

Bu barədə Qaynarinfo.az məlumat yayıb.

Bildirilib ki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov bu barədə göstəriş verib.

Mətbuat orqanının məlumatına görə, artıq ilkin nəticələr də məlum olub. Belə ki, gömrük sahəsində çalışan xeyli sayda vəzifəli və rütübəli şəxsin diplomunun təsdiqlənməməsi faktı aşkarlandığı bildirilib.

Həmçinin iddia olunur ki, DGK-nın bəzi rütbəli şəxsləri xarici ölkələrdəki ali məktəblərə adlarını yazdırsa da, həmin ölkələrə getmədən “təhsil” alıblar. Qeyd edilib ki, bu kimi hallar müəyyən edilən şəxslər işdən azad olunur və bəzilərinin barəsində isə araşdırma aparılır.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi