DİM keçilməyən dərslərin suallarını imtahana salmayacaq

DİM keçilməyən dərslərin suallarını imtahana salmayacaq 

DİM-in keçirdiyi builki bütün növ imtahanlarda tədris olunmayan mövzulardan suallar tərtib olunmayacaq.

Faktinfo.az xəbər verir ki,bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib. O bildirib ki, məlumat tam rəsmidir:

“Bu o deməkdir ki, 3 martdan etibarən 9-cu və 11-ci sinif şagirdlərinin keçməli olduğu, amma keçə bilmədiyi mövzulardan test tapşırığı salınmayacaq.

Amma 11 -ci sinif şagirdinin 3 martdan sonra keçməli olduğu bir çox mövzuları o, 9-cu sinifdə oxuyanda keçib. Ona görə də məhz həmən mövzuları 11-ci sinif dərsliklərindən yox, 9-cu sinif dərsliklərindən oxuyub öyrənsinlər”.
Ekspert xüsusi olaraq vurğulayıb ki, hətta tədris bərpa olunduqdan sonra bu mövzular keçirilsə belə, onlardan test tapşırığı təqdim olunmayacaq.

“İmtahanların nə vaxt və necə keçirilməsi isə məlum deyil. İmtahanların forması hələ ki, öz əvvəlki qaydasında qalıb. Dəyişiklik olsa, bu barədə məlumat veriləcək”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi