Dollar kəskin ucuzlaşa bilər

Dollar kəskin ucuzlaşa bilər 

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) pul bazarında sabitlik yaratmaq üçün dövlət istiqrazlarını geri almaqda davam etsə, bu, dolların digər xarici valyutalar qarşısında məzənnəsini ən aşağı həddə salar.

 Bu proqnozla ölkənin maliyyə konqlemeratı – “Morgan Stanley”nin meneceri Hans Redeker çıxış edib.

Ekspert bildirib ki, söhbət təxminən 250 milyard dollarlıq alışdan gedir: “Bu da son nəticədə dollar indeksini bu ilin sonuna qədər 95 bəndə, gələn ilin sonuna qədər isə 91 bəndə endirə bilər. Hazırda isə sözügedən göstərici 99-100 bənd arasındadır”.

H. Redekerin fikrincə, FED həyata keçirdiyi pul siyasətinin məqsədlərinə çatmaq üçün dövriyyədə olan pul kütləsini 1,5 trilyon dollara çatdırmalıdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi