Dollara tələb artıb-

Dollara tələb artıb- Neft Fondu valyuta satışını 47% artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 4 mlrd 525,7 mln ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47% çoxdur.

Təkcə iyul ayında isə ARDNF-in valyuta satışının məbləği 515,5 mln ABŞ dolları təşkil edib. Bu isə ötən ilin iyul ayına nisbətən 18,5% çoxdur.

Qeyd edək ki, 2019-cu ilin yeddi ayı ərzində Fond tərəfindən 3 mlrd 78,5 mln ABŞ dolları məbləğində satış həyata keçirilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi