Dostu Putini tənqid etdi

Dostu Putini tənqid etdi 

Ukraynada şəhərlər dağıdılır və insanlar ölür, indi sanksiyalardan şikayət etmək ayıbdır.

Bunu rusiyalı oliqarx, Vladimir Putinin yaxın dostu Vladimir Lisin deyib.

O etiraf edib ki, Rusiya iqtisadiyyatı çökür və hakimiyyətin hərəkətləri vəziyyəti daha da gərginləşdirir:

“İllər boyu formalaşmış təchizat zəncirləri məhv edilir, logistika, ödəniş və maliyyə infrastrukturu pozulur. Bunun fonunda oyun qaydaları hər gün dəyişir, yeni məhdudiyyətlər yaranır. Qeyri-müəyyənlik şəraitində biz iş proseslərini dəyişdirir, sosial öhdəliklərimizi yerinə yetirməyə çalışırıq”.

Milyarder Putinin ödənişləri rubla köçürmək ideyasını tənqid edib. Onun fikrincə, bu yolla sadəcə olaraq alıcıları qorxutmaq olar.

Oliqarx faktiki olaraq Rusiyaya qarşı sanksiyaları dəstəkləyib, onların Rusiyanın hərbi müdaxiləsinə tamamilə alternativ olduğunu deyib:

“Humanitar fəlakət vəziyyətində şəxsi problemlərdən şikayət etmək ayıbdır. Sanksiyalar istədiyiniz qədər ədalətsiz görünə bilər, istəsəniz, kollektiv məsuliyyət elementləri də var, lakin onlar insanların ölümünü və insanların məhvini dayandırmağa çalışacaq”./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər