Dünya mediası Zamirə Hacıyevadan nələr yazdı?

Dünya mediası Zamirə Hacıyevadan nələr yazdı? 

Azərbaycan Beynəlxalq Bankının həbsdə olan keçmiş prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamira Hacıyevanın Britaniyada xərclədiyi pullar dünya mətbuatında geniş müzakirə mövzusuna çevrilib.

 Türkiyə və ingilis mətbuatı Hacıyeva ətrafındakı qalmaqalı “Dünya bu qədər pul xərcləyən qadın görmədi” başlığı ilə işıqlandırıb.

“MailOnline” nəşri Hacıyev cütlüyünün milyonlarla dollar dəyərində olan özəl təyyarələri ilə dünyanın ən dadlı şərabını içərək dünyanın hər yerinə səyahət etdiklərini oxucuların diqqətinə çatdırıb.

BBC isə öz növbəsində “Harrodsda 16 milyon funt xərcləyən qadın ortaya çıxdı” başlıqlı xəbərində Londonun mərkəzində 11,5 milyon funt sterlinq dəyərində ev alan bu “sirli qadın”ın Azərbaycanın ən böyük banklarından birinin rəhbərinin həyat yoldaşı Zamira Hacıyeva olduğunu qeyd edib.

“Tayms” dərgisi 55 yaşlı Zamira Hacıyevanın on ildən artıq müddətdə Londonda lüks həyat yaşadığını vurğulayıb. Zamira Hacıyevanın Harrodsda 16 milyon funt sterlinq xərclədiyi, 150 min funt sterlinqə zinət əşyası aldığı, qolf klubuna və şəxsi təyyarəyə sahib olduğunu bildirilib.

“Skaynyus” nəşri də Hacıyevanın qızıl-zinət əşyalarına olan marağını ön plana çəkib. Sözügedən xəbərdə qadının “Boucheron” və “Cartier” brendlərindən aldığı milyonlarla dollarlıq zərgərlik əşyaları almasına yer verilib.Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi