Düşmən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu -

Düşmən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu - Təcili

İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.

Faktinfo.az xəbər verir ki,bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi