Əbülfəz Məlikov- Məntiqin dili ilə...

Əbülfəz Məlikov- Məntiqin dili ilə... 

Son vaxtlar “Broker” MMC-nin sədri Əbülfəz Məlikov onlarla KİV tərəfindən kəskin tənqid hədəfinə çevrilib. Ona qarşı çoxsaylı xoşagəlməz fikirlər səsləndirilir, bir sıra ittihamlar irəli sürülür. Halbuki ölkəmizdə ən tanınmış iş adamlarından biri sayılan Ə.Məlikov uzun müddət mətbuata açıq şəxs kimi diqqət çəkib. Belə bir şəxsə qarşı münasibətin bu cür dəyişməsinin əsl səbəblərini bilməsək də, Faktinfo.az olaraq irəli sürülən bəzi ittihamlarla bağlı mövqeyimizi bildirməyi məqsədəuyğun hesab edirik.

Ə.Məlikova qarşı irəli sürülən ən ciddi ittihamlardan biri onun “dəlilik kağızı” gəzdirməsi ilə bağlıdır. Bu cür faktın dilə gətirilməsinin özü belə gülünc doğurur. Çünki bu faktla bağlı məntiqi sual meydana çıxır: Ağlı olmayan, “dəlilik kağızı” gəzdirən bir şəxs o cür böyük qurumu tənzimləyib, belə böyük kollektivə necə rəhbərlik edə bilər, müxtəlif xarici təşkilatlarla, şirkətlərlə necə işbirliyi qura bilər və s. Bizcə bu məsələ ilə bağlı əlavə nə isə fikir bildirməyə ehtiyac yoxdur.

Bəzi KİV-lər Ə.Məlikovun alkaqollu içkilərə meylli, etik sərhədləri gözləməyən bir şəxs kimi xarakterizə edir. Ancaq harada, kiminlə və ya kimə qarşı bu cür davranmasına dair bircə fakt da göstərilmir.Digər tərəfdən bu həm də şəxsi həyata müdaxilədir. Adam işdən sonra içirsə,dincəlirsə,hərəkətində hansısa qanun pozuntusuna yol vermirsə,onun bu davranışının kimə nə dəxli var? Demək ki, belə məsələləri qabartmağın özü qüsurludur,yəni  bu cür münasibət qərəzdən irəli gəlir.

 “Broker” MMC sahibinə qarşı səsləndirilən fikirlərdən biri də budur ki, guya onun arxasında İran vətəndaşı, kürd əsilli Manuçar Əhədpur dayanır. Bu fikrin nə qədər yersiz və absurd olması da göz qabağındadır. Axı, İran vətəndaşı hansı səlahiyyət sahibidir ki, gəlib azərbaycanlı bir iş adamına himayədarlıq etsin? Dəfələrlə səsləndirildiyi  kimi, ölkəmizdəki iş adamlarının, sahibkarların arxası, dayağı və  himayədarı birbaşa Azərbaycan dövləti və Azərbaycan Prezidentidir.

Fantaziya qurmaqda pərgar olan bəzi KİV-lərin qənaətinə görə, Ə.Məlikovun yeganə çəkindiyi şəxs Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyevdir. Haqlı sual yaranır: Əgər “Broker” MMC Dövlət Gömrük Komitəsi ilə əlaqəli fəaliyyət göstərirsə, Ə.Məlikovin S.Mehdiyevə hörmətlə yanaşması, onun fikirlərinə diqqət göstərməsi niyə pis başa düşülməlidir? Nədən bu münasibət kiminsə kimdənsə çəkinməsi, qorxması kimi qiymətləndirilməlidir? Belə bir fikir səsləndirməyin özü “suyu bulandırmaq” cəhdi deyilmi?

“Broker” MMC ilə bağlı səsləndirilən iradlardan biri də qurumun bölgələrdəki ofisləri ilə bağlıdır. Yazılanlara görə, Ə.Məlikov Qazaxda, Balakənddə, Xaçmazda, Astarada, Biləsuvarda brokerlər üçün xüsusi ofislər tikdirib və yaxud kirayələyib. Azərbaycana daxil olan hər bir yükə brokerlər müdaxilə edir və məlumatlar baş ofisə ötürülür.

Hesab edirik ki, bu iradlar da yersizdir. Əvvəla, Faktinfo.az-ın araşdırmasına görə,Qazaxda belə bir ofis yoxdur. İkincisi də,digər bölgələrdəki ofislərin mövcudluğu qanun pozuntusu yaratmırsa,narazılıq doğurmursa,bunun nəyi pisdir ki?.. Əslində,həmin ofislərin fəaliyyət göstərməsi yeni iş yerləri deməkdir ki, bu da  indiki dövrdə  təqdirəlayiq haldır.

Digər qisim saytlar isə bir qədər də irəli gedərək Ə.Məlikovu “Azərsu”nun prezidenti Abdulbari Gözəllə qarşı-qarşıya qoymağa cəhd edir. Guya ki, Ə.Məlikov “Azərsun”u bazardan sıxışdırıb çıxarmağa və monopoliyanı ələ keçirməyə çalışır. Əslində isə bu fikirlər cəfəngiyyatdan başqa bir şey deyil. Çünki həm “Azərsun”un, həm də “Broker” MMC-nin özlərinə məxsus çox geniş və fərqli fəaliyyət istiqamətləri var və onların bir-birini sıradan çıxarmasına heç bir zərurət yoxdur.

Bir sıra saytlar Azərbaycanda yağın qiymətinin qalxmasında da günahkar kimi Ə.Məlikovun adını çəkirlər. Əslində isə vəziyyət tamam başqa cürdür.Əvvəla, xatırlatmaq yerinə düşər ki,bir müddət əvvəl yağın idxalına dair gömrük rüsumları qaldırılmışdı.Digər tərəfdən əgər beynəlxalq KİV-ləri izləsək, görərik ki, dünya bazarında yağın qiyməti kifayət qədər artıb və buna görə yağ qıtlığı müşahidə olunur. Bu da təbii ki, Azərbaycana da öz təsirini göstərməyə bilməzdi. Elə bu nüansı nəzərə alan Prezident İlham Əliyev yağın idxalı ilə bağlı ötən ay gömrük rüsumlarının aşağı salınmasına dair sərəncam imzaladı. Buradan belə qənaətə gəlmək olar ki, sözügedən məsələdə Ə.Məlikov günahkar olsaydı, o cəzalandırılardı və bununla da problem həllini tapardı. Heç Dövlət başçısının məlum sərəncamına da ehtiyac qalmazdı. Yəni, yağın qiymətinin bahalaşması ilə bağlı səslənən ittihamlar da yersizdir. Yeri gəlmişkən,onu da qeyd edək ki,artıq yağın qiymətində bir manata yaxın ucuzlaşma müşahidə olunur.

Saytlarda Ə.Məlikovun “Meyvəli” topdansatış bazasındakı fəaliyyəti də tənqid edilir və hətta işçilərinin onu öz adi ilə deyil, “Qurbanolduğum” kimi  çağırmasına və MMC rəhbərinin bu müraciət formasından xoşlanmsına kinayə ilə yanaşılır. Əvvəla, belə bir müraciət formasının işlənməsinə dair fakt ortaya qoyulmur.İkincisi də, bu müraciət forması olubsa belə, bunda qəbahət sayılacaq  bir şey yoxdur. Demək ki, Ə.Məlikov yaxşı insandır, qayğıkeş rəhbərdir, xeyirxah birisidir ki, onu belə çağırırlar, kaş ki, bütün rəhbər işçilər kollektiv arasında belə hörmət qazana biləydi.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi