Kollecdə ştatı ləğv olunmuş Nigar Haşımlı barəsində məhkəmə qərar çıxartdı-Qazax Dövlət Sosial- İqtisadi Kollecində isə müəllimlər...

Kollecdə ştatı ləğv olunmuş Nigar Haşımlı barəsində məhkəmə qərar çıxartdı-Qazax Dövlət Sosial- İqtisadi Kollecində isə müəllimlər... 

Bir müddət öncə BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecinin müvəqqəti direktoru Hicran Əyyubova tərəfindən işdən çıxardılan Qeydiyyat, Qiymətləndirmə və Monitorinq bölməsinin müdiri Afaq Malıyevanın işinə bərpa olunması barədə məhkəmə qərarının olduğu barədə məlumat vermişdik. 

Hazırda Dəftərxana müdiri Nigar Haşımlının ştatının ləğv olunması da məhkəmə baxışı əsasında qanunsuz hesab edilib.Nigar Haşımlının işinə bərpa və ona təzminat ödənilməsinə dair məhkəmə qərar çıxardıb.Digər şəxslərin işdən çıxardılması  barəsində isə məhkəmə davam edir.

Bu barədə Faktinfo.az-a Nigar Haşımlı məlumat verib.

Faktinfo.az xatırladır ki, Hicran Əyyubova bir müddət əvvəl Tovuz Dövlət Sosial-İqtisadi kollecində direktor olub.Orada da müəyyən sayda müəllimləri işdən çıxardıb.İşdən çıxardılan üç müəllim,o cümlədən Vəliyeva Aynurə Mirzəli qızı, İsayeva Aygün Müslüm qızının işdən çıxardılmaları qanunsuz hesab edilib,məhkəmə qərarı əsasında onların işə bərpa olunmaları və təzminat almaları qanunla təsdiq edilib.

Ümumiyyətlə, məlumatlardan belə aydın olur ki,kolleclərdə müəllimləri işdən çıxardıb,onların yerinə əlinə bir dəfə jurnal almayan şəxsləri işə götürmək,tələbələrin ödədikləri kredit pulları hesabına bayramlarda bir qrup şəxslərə 500-1200 manat civarında mükafatlar yazmaq və sair dəb halını alıb.

Məsələn,Qazax Dövlət Sosial- İqtisadi Kollecinin yeni təyin olunmuş direktoru Gülnar Qəhrəmanova kollec və kollektiv ilə dərindən tanış olar-olmaz  artıq səkkiz müəllimi işdən çıxardıb,onların yerinə isə hələ ki,altı şəxsi işə götürüb.Bir neçə şəxsin də işdən çıxardılacağı ehtimalı var.Gülnar Qəhrəmanovanın işdən kənarlaşdırdığı müəllimlərdən artıq ikisinin -Bayramova Ramilə Şükür qızının,Məhərrəmova Nuranə Fazil qızının Qazax rayon məhkəməsinə müraciət etdikləri barədə məlumat var.

Faktinfo.az

***

Qeyd:Artıq əksəriyyət,o cümlədən təhsil ictimaiəti yaxşı bilir ki,kolleclərdə işləyənlər nə səbəbdən işdən çıxardılır,hansı səbəbə görə də onların yerinə aidiyyatı-aidiyyatsız şəxslər tələm-tələsik işə qəbul olunur.Eləcə də bu təhsil müəissələrində narazılıqların artdığı,işində bir gün saxlanılmalı olmayan direktorların hələ də himayə olunduğu heç kəsə sir deyil.Sonda kimlər,kimdən narazı qalır bu da təxminən məlumdu.Kollec direktorlarının qanuna zidd əməllərinin məhkəmə qərarları ilə təsdiq olunmuş vəziyyətindən sonra işdə saxlanılmaları,himayə olunmaları da gerçəklikdi. Bəs bu baş verənləri,yazılanları Elm və Təhsil naziri Emin Əmurullayev də görmür ki?

Faktinfo.az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪