Edilən şikayətlərdən sonra "Respublikanski"yə yoxlama gəlib

Edilən şikayətlərdən sonra "Respublikanski"yə yoxlama gəlib 

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında vətəndaş məmnunluğunun artırılması,həkimlərin düzgün seçilməsi,operativliyin artırılması barədə xəbər vermişdik.Bununla bərabər əmək müqaviləsinə xitam verilmiş həkim və tibb bacılarının aidiyatı dövlət orqanlarına,ölkə rəhbərliyinə kütləvi şikayət etmələrini də yazmışdıq.


Faktinfo.az xəbər verir ki,hazırda "Respublikanski"dən olunan şikayətlərlə bağlı xəstəxanaya yoxlama heyəti gəlib,orada baş tutmuş təyinatlarla və qeyd olunan şikayətlərin tərəfləri ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki,aparılan yoxlamalara rəğmən xəstəxanada bir sıra şəxslər tutduqları vəzifələrdən azad ediliblər.Məsələn,bir müddət əvvəl baş həkimin müavini vəzifəsindən çıxarılaraq müşavir təyin olunan Nərgiz Qasımova hazırda tutduğu axrıncı vəzifəsindən də kənarlaşdırılıb.Eləcə də baş həkimin müavini vəzifəsində olan Mahir həkimin yaxın günlərdə işindən uzaqlaşdırılacağı söylənilir.

Qeyd edək ki,Respublika Klinik Xəstəxanasının baş direktoru Elviz Qasımovdur.O,bir müddət əvvəl Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnistitutundan "Respublikanski"yə direktor təyin edilib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi