“Əfqanıstan xalqının seçiminə hörmət edirik” - Çin XİN

“Əfqanıstan xalqının seçiminə hörmət edirik” - Çin XİN 

Çinin Xarici İşlər Nazirliyi Əfqanıstanda baş verənlərlə bağlı açıqlama yayıb.

TASS xəbər verir ki, açıqlamada Çinin Əfqanıstanda sülhün bərqərar olmasına ümid etdiyi bildirilib.

Əfqanıstan xalqının istək və seçiminə hörmət edirik. Əfqanıstanda müharibə 40 ildən çox davam etdi. “Taliban” ölkədə müharibənin bitdiyini elan edib. Bundan sonra sülhün bərqərar olmasını istəyirik”, - məlumatda qeyd edilib.

Açıqlamada “Taliban”ın xarici diplomatik missiyaların təhlükəsizliyinin təmin ediləcəyi ilə bağlı vədinə sadiq qalacağına ümid ifadə edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi