"Əfqanıstanda olan kimi buradan da hamı qaçmağa macal tapmayacaq”

"Əfqanıstanda olan kimi buradan da hamı qaçmağa macal tapmayacaq” -Aslan İsmayılov

Hüquqşünas Aslan İsmayılov ictimaiyyətə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

 “Ölkədə narkotik faciəsi ictimailəşəndən sonra DİN narkotik bəlası ilə bağlı geniş mübarizə başladı. Hər gün dəstə-dəstə narkotik satıcılarının ifşasını gördük. Bir ay ərzində Respublika Prokurorluğu və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası susdu. Respublika Prokurorluğu susmaqda hələ də davam edir. Bir neçə gün bundan əvvəl Dövlət Komissiyası geniş iclas keçirməsi ilə bağlı məlumat yaydı. Hesab etdim ki, nəhayət ki, bu sahədə geniş tədbirlər planı elan ediləcək, bu işin başında duran daha böyük güclər ifşa ediləcək, narkotiklərin Azərbaycanda istehsal olduğu mənbələr aşkarlanacaq, narkotiklərin geniş yayılmasında günahkar olanlar cəzalandırılacaq. Heç nə baş vermədi. Komissiyanın iclası YAP iclasına oxşadı, sadəcə, iclasın keçirilməsi elan edildi. Bu günə qədər nəinki heç bir tədbir görülmədi, əksinə müşahidələrimə görə DİN-nin apardığı mübarizə də səngidi. Son bir neçə günü aldığım məlumatlara görə narkotik satıcıları yenidən fəaliyyətlərini bərpa ediblər.

 

Heç kim dediklərimi qəribliyə salmasın. Əfqanıstan hadisələri ilə bağlı yazılarıma olan şərhlərin intensivliyi, aqressivliyi, sayı, məzmunu məni dəhşətə gətirdi və onu göstərdi ki, biz sürətlə İrana, Əfqanıstana doğru gedirik. Bu yolda da başlanğıc narkotiklərin geniş yayılmasıdır. Buna şübhə edənlər yazılarıma olan şərhlərlə tanış olsunlar. Çox heyfsilənirəm ki, bu günə qədər həmin şərh yazanların əksəriyyətini blokladım, çünki şərhlərdə əxlaqsız ifadələrə yol verilirdi.

 

Ona görə də hamınızdan xahiş edirəm ki, cəmiyyətdə gedən proseslərlə tanış olub fikirlərinizi bildirəsiniz. Başa düşürəm ki, Qarabağ məsələsi bu gün çox vacib və təxirəsalınmaz tədbirlər tələb edir. Ancaq burada qaldırdığım məsələ ondan da vacibdir. Bizi gözləyən faciə uzaqda deyil. Hadisələr bu cür davam edərsə nəticəni uzağı 3-5 ilə görəcəyik. Əfqanıstanda olan kimi buradan da hamı qaçmağa macal tapmayacaq. Bundan başqa Qərb də bugünkü kimi qaçanları qəbul etməyəcək”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi