Əfvi dilənən Əjdər Ol nə Cavid, nə Müşfiq, nə Əhməd Cavaddır...

Əfvi dilənən Əjdər Ol nə Cavid, nə Müşfiq, nə Əhməd Cavaddır... - replika

Allah qapısını açsın! Uca Rəbdən diləyirik ki, ölkəmizdə cinayət də, cəza da lap aşağı səviyyədə olsun!

Yazıçı Anar silsilə "yaxşı" əməllərinə görə həbs olunan Əjdər Ol təxəllüslü şair-publisist Ə.Cəbiyevin əfvi üçün Prezidentə müraciət edib.

Əfvi dilənən nə Cavid, nə Müşfiq, nə Əhməd Cavaddır. Bu korifeylərin nəinki əfvini diləmədilər, əhədini kəsib məhv etdilər :(

Bəli, Anarın əfv dilədiyi şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Əjdər Cəbiyevdir. Tezliklə azadlıqda! Yəqin Anar görüb ki, həmkarı səhvlərini anlayıb.

Onsuz da, təzadlar, paradokslar dövründə yaşayırıq. Allah dadımıza yetişsin!

Bu da bizim acı reallığımızdır: Vətənini və millətini sevən faydalı şəxsiyyətlərimizi donos yazıb ya Sibirə, ya da qəbirə göndəririk, millətin anasını ağladanlara isə əfv diləyirik!

Ümid edirəm ki, AYB sədri vicdanı təmiz, həqiqi vətənpərvər, əqidəli, çirkabdan, riyadan uzaq, dövlət və xalq üçün faydalı gənc istedadları da tapıb üzə çıxaracaq!

PS. Bu zəhrimar 37 XXI əsrdə də bizdən əl çəkmir. Virus kimi mutasiya edib, deyəsən. Ədəbi mühitdə bir qədər "mərhəmətli" variasiyalarını görürük. Karantinsiz-zadsız tamamilə sönər, inşallah!

İdris Abbasov - professor

DİA.AZ


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi