Əhliman Əmiraslanov: Bədxassəli şişlərin 35-40 %-i keyfiyyətsiz qidalanma ilə bağlıdır

Əhliman Əmiraslanov: Bədxassəli şişlərin 35-40 %-i keyfiyyətsiz qidalanma ilə bağlıdır 

Bədxassəli şişlərin yaranmasının 35-40 %-i məhz düzgün olmayan və keyfiyyətsiz qidalanma ilə bağlıdır.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

 O bildirib ki, düzgün qidalanma bir çox xəstəliklərin qarşısını alır.

 Komitə sədrinin sözlərinə görə, əhali arasında yayılan bir sıra xəstəliklərin əmələ gəlməsində qidalanma faktorunun xüsusi rolu var: “Xərçəng xəstəliyinin də əmələ gəlməsində əsas faktor kimi qidalanma mühüm yer tutur”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi