Əhməd Əhmədzadə qəbullar keçirir, tapşırıqlar verir-

Əhməd Əhmədzadə qəbullar keçirir, tapşırıqlar verir- İmişli və Biləsuvarda...

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri İmişli rayonunda vətəndaşlarla görüşüb.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə yanvarın 15-də İmişli şəhərində İmişli və Biləsuvar rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qurumdan Faktinfo.az-a verilən məlumata görə,qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə İmişli Suvarma Sistemləri İdarəsinin inzibati binasında İmişli və Biləsuvar rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.

Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, nov kanallarının qurulması, sıradan çıxmış drenlərin bərpası, suvarma kanallarının beton üzlüyə alınması, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.


Əhməd Əhmədzadə qəbullar keçirir, tapşırıqlar verir-Əhməd Əhmədzadə qəbullar keçirir, tapşırıqlar verir-Əhməd Əhmədzadə qəbullar keçirir, tapşırıqlar verir-Əhməd Əhmədzadə qəbullar keçirir, tapşırıqlar verir-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi