Ekspert: NATO Ərdoğanın "hə" deməsi üçün...

Ekspert: NATO Ərdoğanın "hə" deməsi üçün... 

ABŞ-ın rəhbərlik etdiyi NATO İsveç və Finlandiyanın alyansa üzv olmasını istəyirsə, o zaman Türkiyəyə güzəştə getməlidir.

Axar.az xəbər verir ki, bu sözəri isveçli ekspert Yan Hallenberq deyib.

“Çox güman ki, Finlandiya və İsveçin ittifaqa qoşulmasına Türkiyə razılıq verəcək, lakin Ərdoğanın “hə” deməsi üçün NATO ona güzəştə getməlidir”, - deyə ekspert bildirib.

Qeyd edək ki, NATO rəhbərliyi Türkiyənin hər iki ölkənin alyansa qoşulmasına veto qoymayacağına inandığını bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi