Elçibəyin Klintona yazdığı məxfi məktub üzə çıxdı

Elçibəyin Klintona yazdığı məxfi məktub üzə çıxdı 

Bill Klintonun kitabxanası Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 1993-cü ilin aprelində ABŞ prezidentinə yazdığı məktubun üzərindən məxfiliyi götürüb.

Bu məktub Kəlbəcərin işğal olunduğu gün Prezident Əbülfəz Elçibəy tərəfindən təcili göndərilib. Sənəddə qeyd olunur ki, dövlət başçısının məxfi məktubunu beynəlxalq məsələlər üzrə müşavir Vəfa Quluzadə ABŞ-ın Azərbaycandakı səfirliyinə təqdim edib.

 

Əbülfəz Elçibəy Bill Klintona yazdığı məktubda Kəlbəcərin Ermənistan tərəfindən işğal olunduğunu bildirir və bunu həmin vaxt aparılan danışıqlara zidd olduğunu vurğulayır.

 

“Cənab Prezident! Yaranmış vəziyyət məni sizə müraciət etməyə məcbur etdi. Cenevrədə və Ankarada martın 27-da ATƏM-in vasitəçiliyi ilə aparılan danışıqlar gedən zaman erməni ordusu vəziyyətin eskalasiyasına başlayaraq Azərbaycanın Kəlbəcər rayonunu nəzarət altına almaq üçün  hərbi aviasiyadan, ağır texnikadan istifadə edərək hucuma keçib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi