“Elçin. Biblioqrafiya” kitabının təqdimatı keçirilib

“Elçin. Biblioqrafiya” kitabının təqdimatı keçirilib - FOTOLAR

16 noyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından Azərbaycanın Xalq yazıçısı, görkəmli ictimai xadim, professor Elçin Əfəndiyevin yaradıcılığına dair birgə nəşr etdirdiyi “Elçin. Biblioqrafiya” kitabının təqdimatı keçirilib.

Faktinfo.az xəbər verir ki,tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq, qonaqları, tədbir iştirakçılarını salamlayıb və Elçin Əfəndiyevin hər zaman  kitaba dəyər verdiyini, onun “Qarabağa kitabla gedək” layihəsinə xidmətlərindən danışıb.

Daha sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov, Xalq yazıçısı Elçin, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, professor İlham Rəhimli, Xalq yazıçısı Elmira Axundova və digərləri çıxış edib. Çıxışda Xalq yazıçısı Elçin Əfəndiyevin yaradıcılığından, fəaliyyətindən, biblioqrafiyanın məzmunundan danışılıb.

Faktinfo.az

“Elçin. Biblioqrafiya” kitabının təqdimatı keçirilib“Elçin. Biblioqrafiya” kitabının təqdimatı keçirilib“Elçin. Biblioqrafiya” kitabının təqdimatı keçirilib“Elçin. Biblioqrafiya” kitabının təqdimatı keçirilib“Elçin. Biblioqrafiya” kitabının təqdimatı keçirilib“Elçin. Biblioqrafiya” kitabının təqdimatı keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər