Elçin Şıxlı: “Bu maddələr Əli Həsənova da şamil olunmalıdır”

Elçin Şıxlı: “Bu maddələr Əli Həsənova da şamil olunmalıdır” 

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən yol verilən qanunsuzluqlar barədə Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı Fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib. Nəticədə Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.

 

Məsələ ilə bağlı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, bu cinayət maddələri həm də Əli Həsənova şamil edilməlidir: “Təbii ki, hüquq mühafizə orqanlarında olan dəqiq məlumatlar məndə yox idi, amma orada nələrin baş verdiyi hamıya məlum idi. Yəni kor-kor, gör-gör idi. Mənə elə gəlir ki, Vüqar Səfərliyə qarşı qaldırılan cinayət maddələri tək ona aid olmamalıdır. Onun başında duran, ona rəhbərlik edən Əli Həsənova qarşı da olmalıdır. Çünki o, özbaşına deyildi, ona komanda verilirdi və o da bu işləri görürdü. Mən ümid edirəm ki, istintaq zamanı hələ başqa adamlar da məsuliyyətə cəlb ediləcək”.

 /Yenisabah.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi