Eldar Namazov:"Ermənistan Qazaxın yeddi, Sədərəyin bir kəndini tez bir zamanda qaytarmalıdır"

Eldar Namazov:"Ermənistan Qazaxın yeddi, Sədərəyin bir kəndini tez bir zamanda qaytarmalıdır" 

"Ermənistanın işğalı altında olan Qazaxın yeddi, Sədərək rayonunun bir kəndinin Azərbaycana qaytarılması məsələsi yaxın vaxtlarda öz həllini tapmalıdır”.

Report.az-ın məlumatına görə, bunu Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru, ulu öndər Heydər Əliyevin köməkçisi olmuş Eldar Namazov “Qarabağ münaqişəsi yekunlaşdıqdan sonra Cənubi Qafqazın inkişafı” adlı onlayn konfransda deyib.

 

“Ermənistan ərazilərimizi qaytarmalıdır. Bura Qazaxın yeddi və Sədərək rayonunun bir kəndi daxildir. Ermənistan hələ də bu ərazilərə nəzarət edir. Bu məsələlər yaxın vaxtlarda öz həllini tapmalı və Almatı Bəyannaməsinin müddəalarının həyata keçirilməsinə qayıdılmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyanın özünün dediyi kimi, 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsi iki ölkə arasında sərhədlərin delimitasiyası prosesinin əsasını təşkil etməlidir”, - o vurğulayıb.

 

E.Namazov “3+3” regional əməkdaşlıq formatının əhəmiyyətini də qeyd edib: “3+3 formulunu həm Rusiya, həm də Azərbaycan dəstəkləyir. Bu format diqqətə layiqdir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi