Eldəniz Səlimovun diplomunun şübhə doğurmasına əsas var

Eldəniz Səlimovun diplomunun şübhə doğurmasına əsas var -RƏSMİ CAVAB

Polisi döyməklə gündəmə gələn və hazırda həbsdə olan deputat Eldəniz Səlimovun Dağıstan Dövlət Universitetində oxuması və onun diplomunun şübhəli olması ilə bağlı müzakirələr hələ də davam edir.

Faktinfo.az xəbər verir ki,bu mövzuda Axar.az-ın sorğusunaTəhsil Nazirliyindən verilən cavabdan bəlli olur ki, Eldəniz Səlimovun diplomunu şübhə altına almaq mümkündür. Nazirliyin məlumatına görə, Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti 1998-ci ildə Azərbaycan TN-də qeydə alınıb və onun akkreditasiyası 2031-ci ilə qədər qüvvədədir.

Eldəniz Səlimov sözügedən ali təhsil müəssisəsinə 1993-cü ildə daxil olub. Yəni o, Dağıstan Dövlət Universitetinə qəbul olunarkən Azərbaycan Təhsil Nazirliyi tərəfindən bu universitetin diplomu tanınmırdı.

Yalnız E.Səlimov təhsilini tamamlayandan sonra bu universitet Azərbaycan TN-də akkreditasiyadan keçib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi