Əli İnsanov Müsavatın qərargahındakı toplantıya qatılıb –Ölkədəki vəziyyət müzakirə edilib + Çıxışlar

Əli İnsanov Müsavatın qərargahındakı toplantıya qatılıb –Ölkədəki vəziyyət müzakirə edilib + Çıxışlar 

Bu gün Müsavat Partiyasının qərargahında müxalifət partiyalarının dəyirmi masası keçirilib.

Strateq.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan videolardan toplantıda Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, sabiq səhiyyə naziri Əli İnsanov, “Turan” Agentliyinin rəhbəri Mehman Əliyev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və Hikmət Hacızadənin iştirak etdikləri görünür.

İlk çıxış edən Arif Hacılı Milli Şuranın sədri Cəmil Həsənlinin ABŞ-da səfərdə olduğunu xatırladaraq, bildirib ki, o, növbəti tədbirə qatılacaq.

Müsavat başqanı onu da deyib ki, toplantıda mıqsəd ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etməkdir: “Toplantıdan sonra mətbuata detallı açıqlama veriləcək”.

Daha sonra Əli İnsanov da çıxış edərək, müxaliflərin birliyinin böyüməsini arzuladığını bildirib.

Əli Kərimli də çıxış edərək, əməkdaşlığın dərinləşməsini məqsədəuyğun saydığını deyib.

İsa Qımbər isə çıxşında xalqın narazı olduğu məqamlara diqqəti çəkib. Bildirib ki, toplantının qapalı hissəsindən sonra mətbuata geniş açıqlama veriləcək: “İndilikdə isə deməliyəm ki, bütün demokratik düşərgə toplanmalıdır”. 

İsa Qəmbər onu da deyib ki, toplantının sonunda əməkdaşlıqla bağlı niyyət protokolu da imzalana bilər.

Hikmət Hacızadə isə müxalif liderlərinin tərəfdarlarının bir-birini təhqir etməsinin yolverilməz olduğunu deyib: “Bunun nəzarət mexanizmi yaradılmalıdır”.

O, jurnalistlərdən də dəstək istəyib və zarafatla deyib ki, “biz olmasaq, sizi işdən çıxaracaqlar”.

Daha sonra isə Pənah Hüseyn vəziyyətdən çıxış yolları barədə danışıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi