Elmar Vəliyevə yaxınlığı ilə seçilən icra başçıları

Elmar Vəliyevə yaxınlığı ilə seçilən icra başçıları – Bölgələrdə vəziyəti sağlamlaşdırmaq məqsədi ilə...

Növbədənkənar keçirilə biləcək parlament seçkiləri fonunda bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilə bilər.

Faktinfo.az saytının ehtimalına görə, həyata keçirilə biləcək tədbirlərdən başlıcası uzun müddətdən bəri bölgələrdə əhalini hakimiyyətdən narazı salmış rayon rəhbərlərinin  tutduğu vəzifədən kənarlaşdırılması olacaq. Əks təqdirdə, vəziyyət hakimiyyətin dəstəkləyəcəyi  namizədlərin əleyhinə işləyə bilər.

Məsələn, Gəncə Şəhər İcra Hakimiyyətindən Elmar Vəliyevin və onun sağ əli hesab edilən Məharət Mustafayevin,eləcə də onlarla şəxsin  uzaqlaşdırılması hazırda Gəncədə abu-havanı müsbətə doğru dəyişib, şəhər sakinlərində bir nikbinlik yaradıb. Elə bu səbəbdən, 2019-cu ilin əvvəllərində növbəti parlament seçkilərinə start veriləcəyi bəri başdan qətiləşsə, bölgələrdə vəziyyəti sağlamlaşdırmaq məqsədilə Elmar Vəliyevə yaxınlığı ilə seçilən – Yevlax, Kürdəmir, Tərtər, Ağcabədi, müəyyən mənada Bərdə rayonunun rəhbərləri tutduqları vəzifədən uzaqlaşdırıla bilər.(Bərdə rayon İcra Hakimiyyətinin başçısı dəyişdirilməyə də bilər. Çünki, kənd təsərrüfatı məhsullarının istehsalına görə bu rayon birinciliyini qoruyur) 

Yəni,hakimyətin üst qatında qətiləşsə ki,növbədən kənar parlament seçkiləri keçiriləcək,həmin təqdirdə müəyyən  mənada politoloji və politexnoloji hərəkətlilik gözləniləndir.Bu zaman böyük ehtimalla İcra Hakimiyyəti başçıları 2018-ci il dekabr ayının sonuna kimi tutduqları vəzifədən azad oluna bilərlər. 

Çünki,digər bölgələrlə müqayisədə  bu rayonlarda əhali daha çox narazı salınıb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi