Elməddin: Evi 11 nəfərə satmışdılar və...

Elməddin: Evi 11 nəfərə satmışdılar və... 

ARBtv-nin-nin “Gəlin danışaq” verilişinin növbəti qonağı aktyor Elməddin Cəfərov olub.

Tanınmış aktyor şəxsi həyatından və yaşadığı çətinliklərdən danışıb:

“Düşündüm ki, hər şeyim var, artıq, toya da getməyim. Fevral ayında dedim ki, getmirəm. Mart ayında dolanışıq zəiflədi, aprel ayında çox zəiflədi, may ayında xəbər gəldi ki, aldığım evi məndən başqa 11 nəfərə də satıblar. Əstəğfirullah, birinci xəbər gəldi ki, qohumum gəlib. Ona da ev almışıq, ev ortada yoxdu. 80 min pul tap ver ona. Mən də fikirləşdim ki, öz evimi satım, verim ona. Getdim ki, mənim də evimdə eyni problemdir. Hər şeyim gedib, üstəgəl kiməsə 80 min borcum var.

İlk müzakirə oldu ki, bu vəziyyətdən çıxmaq üçün nə edək? Dedilər ki, gəl sən toya get, oradan pul qazan, yavaş-yavaş pulu ödəyək. Dedim ki, vallah getməyəcəm. 50 manatla 80 mini ödəməyə razıyam, amma getməyəcəm, Allah qarşısında söz vermişəm. Bir ildən sonra hər şey dəyişdi. Rəbbim elədi. Mən sözümün üstündə durduqca, həyatımda hər şey dəyişməyə başladı. Bir ildən sonra o adamın evi var idi, mənim də öz evim, bahalı "Cip"im də var idi.

Bu ərəfədə məni televiziyadan da çıxarırdılar, məhkəməyə verirdilər. Məcbur idim ki, başqa bir proyektdə də işləyim, pul qazanım. Getdim gizlin işə düzəldim, onun da üstü açıldı. O qədər həyəcanlı idim ki, nə xəlvət, onsuz da o kanalda göstərəcəklər səni. Müqaviləm var idi, oradan böyük məbləğ verirdilər mənə, burada da məbləği qaldırdılar ki, getmə. 2 əlli, hər iki pulu götürdüm ki, borcu bağlayım. Efirdə məni görən kimi məhkəməyə verdi, 50 minlik, burdan çıxdım ona görə ki, məhkəməni dayandırın, digəri məni böyük məbləğlə məhkəməyə verdi. Heç nədən 200-300 min borc yaranıb. Öncə depressiyaya düşdüm, amma heç kimə demədim problemim olduğunu. Yoldaşıma demədim, atama, anama demədim. Dediyim tək Rəbbim idi.

Nəslimdə hamı bilirdi ki, mənim qohumumun evində problem var. Amma mən deyə bilmədim ki, mənim də evimdə problem var. Qorxdum ki, məndən üz çevirələr. Tək Allaha yönəldim, ona sığındım. 18 gün yata bilmədim. O anda belə Allaha sığındım və Rəbbim mənə yol açdı. Bir dəfə hadisə oldu, deməyəcəm o hadisəni, televizora çıxdım, lazım olan məqamda, lazım olan yerdə oldum, o xəbərlərdə görsəndi, ev atan adam gəlib evimi qaytardı ki, qadan alaram, mənə dəyib dolaşma. Bu vaxta qədər min dəfə efirə çıxmışdım. Bir dəfəsinə Rəbbim istədi və düzəldi”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi