Elmi Kitabxananın direktoru:

Elmi Kitabxananın direktoru: "Saytlardakı xəbərləri arxivləşdirmək lazımdır"

“Saytlarda, mətbuat orqanlarında yer alan xəbər və məlumatları arxivləşdirmək lazımdır”.

Bunu AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova “AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi” adlı tədbirdə deyib.

O, saytların arxivlərinin MEK-lə birləşdirilməsini təklif edib. Direktorun sözlərinə görə, bəzi saytların yaddaş imkanı az olur: “Müəyyən müddət keçdikdən sonra köhnə materiallar oradan silinir, müəlliflər və ya oxucular istədiyi hər hansı bir yazını tapa bilmirlər. Bu səbəbdən təklif edirəm ki, fondlarımızı birləşdirək”.

Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi