Elnur Əliyevin Elm və Təhsil Naziri təyin olunma ehtimalı da çox yüksəkdi

Elnur Əliyevin Elm və Təhsil Naziri təyin olunma ehtimalı da çox yüksəkdi 

Faktinfo.az xəbər verir ki, Gununsesi.info tərəfindən Dövlət İmtahan Mərkəzinin (DİM) sədri vəzifəsinə iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin gətiriləcəyinə dair yayılmış xəbərdə həqiqət payı daha çoxdur.Çünki son illərdə bir çox nazirlik və komitələrə rəhbər şəxslərin təyin edilməsi İqtisadiyyat Nazirliyində çalışan vəzifəli şəxslər arasından seçilib. Məsələn,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hazırkı sədri də son təyinatadək İqtisadiyyat Nazirliyində yüksək vəzifə tutub.

Faktinfo.az onu da bildirir ki,digər tərəfdən Dövlət İmtahan Mərkəzinin(DİM) Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi,Elnur Əliyevin isə Emin Əmrullayevi əvəzləməsi ehtimalı da çox yüksəkdi.

Onu da qeyd edək ki,Elnur Əliyev Mikayıl Cabbarov Təhsil Naziri olduğu illərdə ora vəzifəyə gətirilib və nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.O cümlədən Elnur Əliyevin atası Aydın Əliyev də zamanla Ali və Orta İxtisas Təhsili İdarəsinin tabeçiliyində olan bir neçə təhsil müəissəsinin direktoru vəzifəsində işləyib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
⇪