Elton Məmmədov AMEA-dakı işinə bərpa olundu

Elton Məmmədov AMEA-dakı işinə bərpa olundu 

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti akademiyanın işlər idarəsinin sabiq müdiri Elton Məmmədovla bağlı qərar verib.

Qərara əsasən, E.Məmmədov vəzifəsinə bərpa olunub. O, mart ayının 28-də vəzifəsinin icrasına başlayacaq.Qeyd edək ki, Elton Məmmədov ötən il vəzifəsindən azad edilmişdi. Daha sonra o, AMEA-ya qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə isə onun işə bərpa olunması ilə bağlı qərar qəbul edib./unikal.org

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi