Elvin Qasımovu keçmiş deputat məhkəməyə verib

Elvin Qasımovu keçmiş deputat məhkəməyə verib 

Bir müddət əvvəl saytlara göndərdiyi "Milli Məclisin keçmiş deputatı Elton Məmmədov məni işlədib,amma pulumu vermir," -fikirlərinə görə, Ucar rayonu Qarabörk kənd sakini Qasımov Elvin Kərim oğlu məhkəməyə verilib.

Elvin Qasımovla əlaqə zamanı o, Faktinfo.az saytına bildirib ki, mətbuata göndərdiyi məlum fikirlərdən sonra Elton Məmmədov onu məhkəməyə verib.

"Fevral ayının 26-da Ucar rayonunda məhkəmə keçirildi,növbəti məhkəmə mart ayının 7-nə təyin olunub,"-Elvin Qasımov qeyd edib.

Məsələyə münasibət bildirən Milli Məclisin keçmiş deputatı Elton Məmmədov isə bildirib ki,məlum fikirlər Qasımov Elvin Kərim oğlu tərəfindən ona qarşı atılan şərdir.Yayılmış məlumatların heç bir əsası yoxdur,yazılanlar yalandır,böhtandır.


Qeyd edək ki,bir müddət əvvəl Ucar rayonu Qarabörk kənd sakini Qasımov Elvin Kərim oğlu tərəfindən saytlara göndərilən məlumatda bildirilirdi ki,Keçmiş deputat Elton Məmmədov Qazıqumlaq kəndində yerləşən villasının həyətində böyük bir avtomobil qarajı inşa etdirib.7 x12 ölçüdə olan avtomobil qarajı 3 ay müddətinə istifadəyə verilib.O,üzərinə düşən işləri yerinə yetirsə də,keçmiş deputat tərəfindən 3700 manat pulu kəsilib,verilməyib.

FAKTİNFO.AZ


 

Elvin Qasımovu keçmiş deputat məhkəməyə veribElvin Qasımovu keçmiş deputat məhkəməyə verib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər